Uqandada prezident və parlament seçkiləri başlayıb

Uqandada prezident və parlament seçkiləri başlayıb

Hazırda oxunan: Uqandada prezident və parlament seçkiləri başlayıb

122014
Uqandada prezident və parlament seçkiləri başlayıb.

Moderator.az “tass.ru”x9d-ya istinadən xəbər verir ki, 35 milyon əhalisi olan bu Şərqi Afrika ölkəsində 15,3 milyon seçici qeydə alınıb. Səhər saat 07:00-da 28 min seçki məntəqəsi açılıb. Hökumət bu günü tətil elan edib.

Mütəxəssislər hesab edirlər ki, 71 yaşlı prezident Yoveri Museveni qalib gələcək və 30 illlik hakimiyyətini uzadacaq. Uqandada dövlətin başçısı 5 il müddətinə seçilir və dəfələrlə seçilməsi üçün məhdudiyyət yoxdur.

xa0Uqanda polisinin baş rəisi Kale Kayixura səsvermənin insidentsiz baş tutacağını vəd edib. Seçkilərin sülh yolu ilə aparılmasına Afrika İttifaqı Komissiyasının rəhbəri Nkosazana Dlamini-Zuma çağırıb.

Musevenidən əlavə prezident seçkilərində daha yeddi namizəd də iştirak edir. Prezidentin əsas rəqibləri Demokratik Dəyişikliklər Forumu partiyasından 59 yaşlı Kizza Besidje və keçmiş baş nazir 67 yaşlı Amama Mbabazi hesab olunur. Eyni zamanda Besidje artıq üç dəfə prezident seçkilərində məğlub olub. Əvvəllər o, hakim Milli Müqavimət Hərəkatı (MMH) partiyasının üzvü olub. Mbabazi də MMH-nin üzvü olub, ancaq indi özünün “İrəli”x9d partiyasından irəli sürülüb.
Seçkilərdən üç gün əvvəl paytaxt Kampalada Besidje tərəfdarlarının polislə qarşıdurması olub. Bu hadisədə bir neçə nəfər yaralanıb. Prezidentliyə namizəd qısa sürə saxlanılıb və daha sonra sərbəst buraxılıb.xa0

İctimai rəy sorğuları Museveninin ilk turda 50%-dən çox səs yığacağını və qalib gələcəyini göstərir. Dövlətin başçısı hakimiyyəti Şərqi Afrikanın birləşməsindən sonra tərk edəcəyini bildirib.
“Mən prezidentliyin fanatiki deyiləm. Lakin sağ qalmaq üçün qaradərililər Afrika birliyi və panafrikanizm üçün çalışmalıdırlar”x9d, - Museveni deyib. “Daily Monitor”x9d qəzeti məlumat verir ki, Museveni Burundi, Keniya, Ruanda, Uqanda və Tanzaniyanı vahid Şərqi Afrika Federasiyasında birləşdirmək istəyir.

Uqanada dünyanın ən kasıb dövlətləri siyahısına daxildir. Dünya Bankının 2012-ci il məlumatına görə, əhalinin 37,8%-i bir günə 1,25 ABŞ dollarından az miqdar qarşılığında yaşayır.

Ramil Həsənli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO