Almaniyada yaşayan azərbaycanlı həkimlər HESABAT verdilər - FOTO

Almaniyada yaşayan azərbaycanlı həkimlər HESABAT verdilər - FOTO

Hazırda oxunan: Almaniyada yaşayan azərbaycanlı həkimlər HESABAT verdilər - FOTO

118019

Vürzburq şəhərində Almaniyada çalışan azərbaycanlı həkimlərin DAMV (Alman-Azərbaycan-Tibb işçiləri birliyi) illik hesabat toplantısı keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir zamanı müxtəlif mövzularda təqdimatlar və interaktiv müzakirələr baş tutub.

Uzun illər Almaniyanın müxtəlif klinikalarında çalışmış azərbaycanlı həkimlər öz təcrübələrini gənc həmkarları ilə bölüşüb və onlara bu ölkədə həkim karyeraları müddətində qarşılaşa biləcəkləri müxtəlif problemli situasiyalardan necə çıxa biləcəkləri ilə bağlı tövsiyələr veriblər.
Təşkilatın rəhbəri, plastik və rekonstruktiv cərrah Dr. Abbas Əhmədli azərbaycanlı həkimlər arasında müntəzəm əlaqələrin, hesabatlılığın olmasının önəmindən danışıb.

Uzun illər Almaniyada fəaliyyət göstərən, azərbaycanlı həkimlərə hər cür dəstək verən ümumi cərrah Dr. Vüqar Yaqublu isə ölkə xaricində yaşayan və çalışan həkimlərimizin Azərbaycan səhiyyəsinin inkişafına da yaxından dəstək verməyin vacibliyindən bəhs edib.

Diskussiyalar zamanı azərbaycanlı həkimlər arasında şəbəkələşmənin və təcrübə mübadiləsinin vacibliyi dönə-dönə qeyd edilib və bu yöndə fəaliyyət proqramının hazırlanması qərara alınıb.
Xatırladaq ki, DAMV (Alman-Azərbaycan-Tibb işçiləri birliyi) 2021-ci ildə Almaniyada müxtəlif klinikalarda fəaliyyət göstərən azərbaycanlı həkimlər tərəfindən təsis edilib. 

Bizim.Media



























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO