Azərbaycanın Sankt-Peterburqdakı icması səfirliyimizə hücumu pislədi

Azərbaycanın Sankt-Peterburqdakı icması səfirliyimizə hücumu pislədi

Hazırda oxunan: Azərbaycanın Sankt-Peterburqdakı icması səfirliyimizə hücumu pislədi

117229

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu Rusiyanın Sankt-Peterburq və Leninqrad vilayətlərində yaşayan azərbaycanlıları hiddətləndirib. 

Bizim.Media xəbər verir ki, bu barədə icmaların bəyanatında bildirilib.

Sankt-Peterburq və Leninqrad vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti Şəhər İctimai Təşkilatının yaydığı bəyanatda Azərbaycanın İrandakı səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı pislənilib.

Diplomatik nümayəndəliklərə hücümun yolverilməz olduğu, insanlığa və diplomatik normalara zidd olan bu cinayətin dərhal araşdırılması və terrorçuların cəzalandırılması tələb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO