Rumıniyanın paytaxtı Buxarestdə koronavirus xəstələrinin müalicə olunduğu Milli Yoluxucu Xəstəliklər İnstitutunda baş verən yanğın zamanı ölənlərin sayı 20-yə çatıb.
Bizim.Media RİA Novosti-yə istinadən xəbər verir ki, faciədən sonra instituta gələn Rumıniya Prezidenti Klaus İohannis ölkədəki xəstəxanalarda struktur problemlərinin olduğunu bildirərək səhiyyə sistemində islahatların keçirilməsinə göstəriş verib.
Yanğının başvermə səbəblərini araşdırmaq üçün komissiya işini davam etdirir.
Qeyd edək ki, Rumıniyanın ən böyük xəstəxanalarından biri olan tibb müəssisəsinin yanğın yanvarın 29-da birinci mərtəbədə baş verib. Binada olan 102 xəstədən 53-ü xəsarət almışdı.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:09 / 12.02.2021
Xəstəxanada yanğın: Ölənlərin sayı 20-yə çatdı
Hazırda oxunan: Xəstəxanada yanğın: Ölənlərin sayı 20-yə çatdı
Hazırda oxunan: Xəstəxanada yanğın: Ölənlərin sayı 20-yə çatdı
11586
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.