Kamerası hərəkət edən yeni telefon

Kamerası hərəkət edən yeni telefon

Hazırda oxunan: Kamerası hərəkət edən yeni telefon

109446

“Pop-up” kameralı “Phantom X2 Pro” telefonunun təqdimatı olub. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu flaqman smartfon hərəkət edə bilən kameraya sahibdir. 

Bu kameraları cihazın əsas obyektivini 2,5x hibrid böyütmək üçün korpusdan uzatmaq olur.  

Telefonda olan böyük sensor ölçüsü, geniş diyafram və yüksək piksel sıxlığı kameraya daha çox işıq toplamağa və fotoşəkillərdə daha kəskin “bokeh” təqdim etməyə imkan verir.
“Phantom X2 Pro” smartfonu, həmçinin 6,8 düymlük 120Hz OLED displey, Dimensity 9000 prosessoru və 256 QB daxili yaddaşa malikdir. Telefon 5160 milliamper/saat tutumlu batareya ilə təchiz olunub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO