Amerikalı milyarder İlon Mask həyatının təhlükə altında olduğunu deyib. O Twiter izləyicilərinin suallarını cavablandırarkən bildirib ki, “sui-qəsdə uğraya bilərəm”. Milyarder bunu yeni aldığı Twiter platforması ilə əlaqələndirib.
Dünya necə idarə olunur?
Qeyd edək ki, hazırda superşirkətlər dünyanın idarəolunmasında xüsusi pay sahibləridir. Milyardlarla insan bu sosial şəbəkələr tərəfindən çox asanlıqla idarə olunurlar. İnsanların nə danışıb-dayışmayacağını da artıq super şirkətlər müəyyən edir.
Hədəf insanların düşüncələrinə müdaxilədir. Superşirkətlər hədəfləyiblər ki, insanların fikirlərini və düşüncələrini də idarə etsinlər. Baxmayaraq ki, müəyyən mənada buna artıq nail olublar. İndi hansısa ölkədə baş verən siyasi proseslərə xarici dövlətlərdən daha çox sosial platformalar təsir edə bilir.
Təsadüfi deyil ki, Ukrayna ilə müharibə başlayandan sonra Rusiya dövləti ölkə ərazisində “İnstaqram”, “Facebook”, “Twiter” və digər sosial platformaların fəaliyyətini dayandırdı. Buna qədərsə Çin və İran bu şəbəkələrin öz ölkələrində istifadəyə qadağa qoymuşdu.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan İT mütəxəssisi Elvin Abbasov bildirdi ki, hazırda dəyişən dünyada yeni idarəetmə sistemləri ortaya çıxır:
“Hegemon güclər və hegemon güclərin yaratdığı resurslar artıq superdövlətlərdən daha üst səviyyəyə qalxıb. Yaxın illərdə biz digər dövlətlərə superdövlətlərdən daha çox superşirkətlərin təsirini görəcəyik. Son 20 ildə dünyada baş verən bütün qlobal proseslərdə superşirkətlərin müstəsna rolu olub.
Bu “ərəb baharı”ndan tutmuş Ukraynadakı müharibəyədək çox hadisələri özündə göstərdi. Dünyada baş verən proseslərdə superdövlətlərdən daha çox superşirkətlər çox böyük rola malikdir. Xüsusilə də əlində sosial şəbəkələr toplamış superşirkətlər dünyanın və insanların idarəolunmasında unikal imkanlara malikdirlər. Bu gün sosial şəbəklər vasitəsi ilə istənilən ölkədə keçirilən seçkilərə və siyasi proseslərə müdaxilə etmək mümkündür”.
İlon Maskın hədələnməsində təsadüfi heç nə yoxdur.
Ekspert onu da əlavə etdi ki, hazırda Rusiyada adını çəkdiyimiz sosial şəbəkələrin fəaliyyəti qadağan edilib. Bu da onu göstərir ki, dövlətlər daha çox sosial şəbəkələrdən ehtiyatlanırlar:
“Artıq, sosial şəbəkə sahibləri korporativ maraqlardan daha çox siyasi məqsədlərə meyillənirlər. İlon Maskın paylaşımı da onu göstərir ki, onlar istəməsələr də siyasi oyunlara cəlb edilirlər.
Siyasətdə onlara müəyyən rol biçilir. Bu rolu oynamaq istəməyənlərsə təbii ki, İlon Mask kimi təhdidlər almaq zorunda qalır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
09:15 / 08.12.2022
İlon Maskı ölümlə təhdid edən kimdir? – Azərbaycanlı mütəxəssis konkret HƏDƏF GÖSTƏRDİ
Hazırda oxunan: İlon Maskı ölümlə təhdid edən kimdir? – Azərbaycanlı mütəxəssis konkret HƏDƏF GÖSTƏRDİ
Hazırda oxunan: İlon Maskı ölümlə təhdid edən kimdir? – Azərbaycanlı mütəxəssis konkret HƏDƏF GÖSTƏRDİ
108380
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.