Brüsseldə partlayıcı maddələr istehsal edən labaratoriya aşkar edib

Brüsseldə partlayıcı maddələr istehsal edən labaratoriya aşkar edib

Hazırda oxunan: Brüsseldə partlayıcı maddələr istehsal edən labaratoriya aşkar edib

107366
Belçika polisi Brüsseldə partlayıcı maddələr istehsal edən labaratoriya aşkar edib.

Xüsusi əməliyyat paytaxtın əsasən imiqrantlar yaşayan Molenbek rayonunda keçirilib. Polis Brüsseldə gizli olaraq partlayıcı maddələr istehsal edən labaratoriyanın fəaliyyətinin qarşısını alıb. Orada döyüş sursatlarının böyük arsenalı da aşkar edilib.xa0

Bu gecə Belçika hökuməti Brüsseldə antiterror təhlükəsizliyinin yuxarı hesab edilən 4-cü dərəcəsni elan edib. Şəhərdə metro bağlanılıb, bütün idman tədbirləri və fransız rok ulduzu Conni Xolideyin konserti təxirə salınıb. Bu barədə TASS informasiya agentliyi məlumat yayıb.xa0
“Polisə Brüsseldə paris ssenarisinə uyğun terror aktlarının təşkil ediləcəyi hədəsinin olduğu barədə məlumat daxil olub.xa0

“Biz təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin artırılması istiqamətində ölçülər götürürük”x9d,- deyə Belçikanın baş naziri Şarl Mişel bildirib.xa0


Keçən həftə xa0Brüsseldə 30-dan çox antiterror əməliyyatı həyata keçirilib ki, bunun da nəticəsində ekstremislərlə əlaqədə xa0şübhəli bilinən 22 nəfər xa0saxlanılıb. Nəticə etibarı ilə xa0onlardan 5 nəfəri həbs edilib, qalanları isə yoxlamadan sonra sərbəst buraxılıb.xa0
Polis Fransada noyabrın 13-də törədilən xa0terror un iştirakçılarının axtarışını davam edir. xa0Polis terrorçu-kamikadzelərdən biri İbrahim Əbdülsalamın qardaşı Salah Əbdülsalamın axtarışını elan edib. Onlar Brüsselin şimal komunasında, Molenbekdə yaşayıblar. Paris terror aktlarının təşkilatçısı hesab edilən və sonradan fransız xüsusi xidmət orqanlarının Sen-Denidə keçirdiyi əməliyyat gedişinidə məhv edilən Əbdülhəmid Abaaud da orada yaşayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO