Türkmənistan Türkiyəyə getmək istəyən gəncləri bu ölkəyə uçuşuna qadağa qoyub.
Moderator.az Türkmənistan mətbuatına istinadən xəbər verir ki, məhz bu məqsədlə bu günlərdə İstanbula uçmaq istəyən 40-dan artıq gəncin uçuşuna icazə verilməyib və onlar heç bir əsas göstərmədən reysə buraxmayıblar. Hətta 27 gənci təyyarədən endiriblər, 18 nəfəri isə ümumiyyətlə səndələrini yoxlamaya imkan vermədən onların Türkiyəyə uçuşu qadağan edilib.
Türkmən gənclərin sənədləri qaydasında olsa da, onların Türkiyəyə gedişlərinə qadağan olunmasının səbəbi izah edilməyib.
Artıq uzun illər idi ki, xa0Türkmənistan hökuməti hərbi xidmət keçməyən gənclərin ölkədən çıxışına qadağa qoymuşdusa, indi bu qərar hərbi xidməti çəkən gənclərə də şamil edilib.
Türkmənistan hökuməti gəncləri İŞİD-in potensial əsgəri hesab etdiyindən ölkədən çıxışına mane olduğu bildirilir. Türkmənistanın hüquq-mühafizə orqanları hesab edir ki, məhz Türkiydə türkmən gənclər “verbovka”x9d olunaraq radikal dini qruplara və İŞİD-ə cəlb edilirlər.
O türkmən gənclər Türkiyəyə gedə bilərlər ki, onların ancaq bir həfətlik vizası və Türkiyəyə və geriyə aviabileti var. Baxmayaraq ki, Türkiyə birtərəfli qaydada Türkmənistan vətəndaşına vizasız bu ölkəyə bir aylıq səfər etmək hüququ verib.

































































































