O bildirib ki, güclü yağış yağmasına baxmayaraq, zooparkda ciddi problem yaşanmayıb.
Zoopark direktoru bildirib ki, istilik sistemləri yenidən sınaqdan keçirilir, qışa hazırlıq işlərinin yekunlaşmasına az qalıb. “Qış üçün arpa, buğda, darı tədarükü görülüb. İl ərzində heç bir canlı itkimiz olmayıb. Nadir heyvanların, quşların qorunması, artırılması ilə məşğuluq,”x9d-deyə A.Hüseynov əlavə edib. Onun sözlərinə görə, zooparka yeni heyvanların gətirilməsi üçün müqavilələr imzalanıb. Xatırladaq ki, zooparkda 168 növ üzrə 1193 başdan çox heyvan, quş, sürünən və balıq saxlanılır.

































































































