Sosial şəbəkələr arasında ən populyarı olan “Facebook”x9dun fəaliyyətində problemlər yaranıb.
Moderator.az -ın məlumatına görə, “Facebook”x9d artıq 20 dəqiqəyə yaxındır ki, Azərbaycanda açılmır.
“Nə isə yanlış getdi. Biz yaranan problemin qısa müddətdə aradan qaldırılması üzərində işləyirik. Siz səhifəni yeniden yükləməyə cəhd edə bilərsiniz”x9d, - sosial şəbəkənin məlumatında deyilir.
Facebook Messenger proqramı da fasilələrlə işləyir.
Xatırladaq ki, sonuncu dəfə sosial şəbəkənin işində böyük nasazlıq 19 iyun 2014-cü il tarixində baş verib və yarımsaatlıq texniki problem şirkətə 500 min dollara başa gəlib.



































































































