Gəncədən Azər Allahverdiyev adlı jurnalist Moderator.az - a aşağıdakı yazını göndərərək onun saytda yerləşdirilməsini xahiş edib:
"Əziz oxucular, bilirsiniz ki, mən Gəncə Şəhərində "Dəmiryolçular" parkında Məmməd Əmin Rəsulzadənin büstünə çuval keçirilməsini bir neçə dəfə mediada yazıb ictimailəşdirmişəm. Hətta Milli Məclisdə də bu barədə deputatlar məsələ qaldırıblar, təəssüblər olsun ki, heç bir nəticəsi olmayıb. Sentyabrın 17 - sində axşam saatlarında ANS telekanalının rəhbərlərindən olan Mizşahin Ağayevə zəng etdim. Mirşahin Ağayevə zəng etməyimin səbəbi bundan ibarət idi ki, Gəncə Şəhərində Məmməd Əmin Rəsulzadənin heykəlinə keçirilən çuvalın hələ də çıxarılmamasının səbəbləri barədə ANS kanalı bir reportaj hazırlasın.xa0
Mirşahin Ağayev telefonuma öncə cavab vermədi, yenidən ona mesaj yazdım: "Salam Mişahin bəy, sizi Gəncə Şəhərindən Azər narahat edir, Sizə vacib sözüm var"xa0
Yenə cavab çıxmadı. Yenidən Mirşahin Ağayevə zəng etdim, bu dəfə telefonu götürdü, telefonda səsini tam eşidə bilmədiyimdən telefon əlaqəsi kəsildi. Yenidən zəng etdim və telefonu götürən kimi Mirşahin Ağayevin mənə cavabı bu oldu ki, "mənə zəng etmə bir də". Onun bu cavabından pərt oldum və təkrar bu mesajı yazdım:
"Mirşahin bəy, Gəncə Dəmiryolçular parkında Məmməd Əmin Rəsulzadənin büstünə keçirilən torbaya görə sizi narahat etmişdim, insanla bu cür danışmaq nə insanlığa, ən azından da jurnalistə yaraşmaz".




































































































