Reyestrdə jurnalistlərin hansı məlumatlarının olacağı bilinib.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması qaydaları”nda əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
AZAL Moskva-Bakı biletlərinin maksimal dəyərini açıqlayıb
Qeyd olunub ki, reyestrdə jurnalistin soyadı, adı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları; verilmiş jurnalist vəsiqəsi (o cümlədən olduğu halda əvvəllər verilmiş) haqqında məlumat (nömrəsi, verilmə tarixi, etibarlılıq müddətinin bitdiyi tarix); jurnalistin əmək və ya mülki hüquqi müqaviləsi, habelə əmək fəaliyyəti haqqında ümumi məlumat; fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalistin VÖEN-i; jurnalistin ali təhsili haqqında məlumat; jurnalistin məhkumluğunun olub-olmaması haqqında məlumat olacaq.
Bizim.Media