Sabahdan Bakı-Sumqayıt marşrutu üzrə elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minəcək

Sabahdan Bakı-Sumqayıt marşrutu üzrə elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minəcək

Hazırda oxunan: Sabahdan Bakı-Sumqayıt marşrutu üzrə elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minəcək

95496
Sentyabr ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minəcək.

“Azərbaycan Dəmir Yolları”x9d Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi   Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, elektrik qatarları Bakı sərnişin, Keşlə, Biləcəri, Xırdalan və Sumqayıt marşrutu üzrə hərəkət edəcək. 
 
Onun sözlərinə görə, elektrik qatarları sentyabrın 12, 13 və 14-də sərnişinlərə pulsuz xidmət göstərib.
 
Qatarlar Bakı sərnişin stansiyasından saat 5:10, 5: 30, 6:50, 16: 00, 17: 25, 18: 25 və 19:25-də, Sumqayıt sərnişin stansiyasından 6:40, 7: 10, 7:55, 17:10, 18:30, 19:30 və 20: 30-da yola düşəcək.
 
Bakı sərnişin, Biləcəri və Sumqayıt sərnişin stansiyalarında post-terminallar və turniketlər quraşdırılıb. Elektrik qatara biletləri həm avtomatik köşklərdən, həm də kassalardan almaq mümkündür. Bakı-Sumqayıt marşrutu üzrə 8 elektrik qatarı fəaliyyətdə olacaq. Bunlardan üçü “Stadler Rail Group”x9d şirkətinin “Stadler Minsk”x9d zavodunda istehsal olunmuş KİSS markalı ikimərtəbəli elektrik qatarı, beşi isə Riqada əsaslı təmir olunaraq ölkəmizə gətirilmiş elektrik qatarlarıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO