Qusarda ev yandırılıb – Araşdırma aparılır - VİDEO 

Hazırda oxunan: Qusarda ev yandırılıb – Araşdırma aparılır - VİDEO 

94722

Qusarın Qalacıq kəndində yanğın hadisəsi baş verib. 

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, gecə 3 radələrində evin həyətindəki ot tayasından başlayan yanğın yaxınlıqdakı evə də keçib. Nəticədə ot tayası və ev tamamilə yanıb.  

Hadisə yerinə FHN-nin Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin 1 avtomobili və canlı qüvvəsi cəlb edilib.  

Lakin evin sahibi olan Elnur Bağırovun yaxınları yanğının qəsdən törədildiyini ehtimal edirlər. Bildirilib ki, bir müddət əvvəl naməlum maskalı şəxs Elnur Bağırovun evinə daxil olaraq həyat yoldaşı Sonaxanım Bağırovaya bıçaqla xəsarət yetirmişdi. Həmçinin bundan əvvəl də evi yandırmağa cəhd edilib.  
Hazırda Qusar polisi faktla bağlı araşdırmaya başlayıb. Yanğının qəsdən törədilib-törədilmədiyi araşdırılır.  

Qeyd edək ki, Elnur Bağırov yanğın zamanı evdə olmayıb.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO