Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar

Hazırda oxunan: Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar

643068

İqtisadi təhlükəsizliyə təxribat və mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin cari həbs müddəti başa çatıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məhkəməyə müraciət edib. 
 

Vəsatətdə xüsusilə ağır cinayət işi üzrə 13 aylıq istintaq müddətinin kifayət etmədiyi, irihəcmli iş üzrə əlavə sübutların toplanmasının zəruri olduğu bildirilib. İstintaq uzadıldığından təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin də artırılması xahiş olunub.


Səbail Rayon Məhkəməsi vəsatəti əsaslı sayaraq təmin edib. Hakimin qərarı ilə Adnan Əhmədzadənin həbs müddəti son həddə qədər-6 ay uzadılıb.

Qanuna əsasən, xüsusilə ağır cinayət işləri üzrə ibtidai istintaq ərzində həbsdə saxlanılmanın son həddi 13 aydır. Müstəsna hallarda isə bu müddət 19 aya qədər uzadıla bilər.

Qeyd edək ki, Adnan Əhmədzadə əvvəllər SOCAR-da yüksək vəzifədə çalışıb. Sonradan dünyada neft maqnatı kimi tanınan Əhmədzadə ötən ilin sentyabrında DTX tərəfindən həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO