Xaçmazda yaşayan Quba sakini evində ölü tapılıb – ÖZƏL  

Hazırda oxunan: Xaçmazda yaşayan Quba sakini evində ölü tapılıb – ÖZƏL  

94569

Quba rayonunun Qrız kəndində qeydiyyatda olan, hazırda Xaçmaz şəhəri, Atabəylər-2 ünvanında yaşayan, 54 yaşlı Abdulla Feyzulla oğlu Alışov evində ölü tapılıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.  

Mərhumun meyiti MəhkəməTibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsində tibbi ekspertiza edilib. 

Abdulla Alışovun bomj olduğu məlum olub. Onun evdə iki-üç gün əvvəl öldüyü bildirilir. Ölümün səbəbi ağ ciyər və ürəklə bağlı ola bilər. Bu, ekspertizanın rəyindən sonra məlum olacaq.
Xaçmaz rayon Prokurorluğunda faktla bağlı araşdırma başlanılıb.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO