AŞ PA-nın nümayəndələri Bərdədə oldular

AŞ PA-nın nümayəndələri Bərdədə oldular

Hazırda oxunan: AŞ PA-nın nümayəndələri Bərdədə oldular
92659
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

26 avqust 2015-ci il tarixdə Avropa Şurası Parlament Assambleyasının Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan mərhum edilməsi”x9d üzrə məruzəçisi xanım Militisa Markoviç, həmin komitənin katibi xanım Ayste Ramanauskayte, ekspert xanım Styliani Lidia Vamvakeridou, məruzəçinin köməkçisi cənab Adnan Beşiç, Milli Məclis Aparatının Beynəlxalq münasibətlət şöbəsinin böyük məsləhətçisi, AŞPA-dakı Azərbaycan milli nümayəndə heyətinin katibi cənab Babək Ağayev və tərcüməçi Bərdə rayonuna gəlmiş, rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşmüşdür.

Çay süfrəsi arxasında keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev faktlaraşdırıcı qrupa erməni işğalı altında olan Sərsəng su anbarı barədə ətraflı məlumat vermiş, Su anbarından təyinatına görə istifadə edilmədiyindən sərhədyanı 7 rayonun içməli və suvarma suyu ilə təminatının pozulduğu, Ermənistan tərəfindən bu su anbarından təhdid kimi istifadə edildiyi bildirilmişdir.

Faktlaraşdırıcı komissiyanın məruzəçisi xanım Militisa Markoviç rayonun suvarma suyu ilə təminatı sahəsində, sosial layihələrin həyata keçirilməsi ilə əlaqədar görüləcək işlərə maraq göstərmiş, layihənin icrası üçün bütün tədbirləri görəcəyini, Sərsəng su anbarının fəaliyyətinə beynəlxalq müşahidəçilərin cəlb edilməsinin məqsədə müvafiqliyini qeyd etmişdir.

Görüş diskussiya şəraitində keçmişdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO