621 ağdamlı abituriyent tələbə adını qazandı - ÖZƏL

621 ağdamlı abituriyent tələbə adını qazandı - ÖZƏL

Hazırda oxunan: 621 ağdamlı abituriyent tələbə adını qazandı - ÖZƏL

92351

621 ağdamlı abituriyent tələbə adını qazanıb.

Bu barədə Ağdam rayon təhsil şöbəsinin müdiri Tahir Abbasov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib. 

O, həmçinin ali təhsil müəssisələrinə qəbul olunanların sayının ötən ilə nisbətən çox olduğunu qeyd edib. Belə ki, ötən tədris ilində 453 nəfər ali məktəbə qəbul olub.

Rayon məktəbləri arasında ən yüksək nəticəni isə Ağdam rayonu 37 saylı köçkün orta məktəbi göstərib. Həmin məktəbin 23 abituriyentindən 17-si tələbə olmağı bacarıb. Onlardan ən yüksək nəticəni 658 balla Zeynalov İbrahim Azər oğlu göstərib.

Rayonun 89 saylı məktəbinin şagirdi İ.Zeynalov isə ali təhsilini polis akademiyasında alacaq.

Xatırladaq ki, Ağdam rayonunda 136 orta təhsil məktəbinin cəmi 29-u yerli məktəb kimi fəaliyyət göstərir. Qalan 107 məktəb 28 ildir ki, köçkün həyatı yaşayır. Həmin məktəblər ölkənin 13 bölgəsində fəaliyyət göstərir. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO