APA-nın məlumatına görə, bankın baş direktoru, biznesin inkişafı departamentinin direktoru Kamran Alik oğlu Axundov öz xahişi ilə işdən çıxıb. xa0xa0
Qeyd edək ki, K. Axundov 17 iyun 1981-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bakalavr, 2004-cü ildə isə magistr dərəcəsi üzrə bitirib. xa0xa0
2004-2005-ci illərdə “Avropa LTD”x9d şirkətində mühasib vəzifəsində çalışdıqdan sonra, 2005-2012-ci illər ərzində Azərbaycan Beynəlxalq Bankında xidmət bölməsinin mütəxəssisi vəzifəsindən Pərakəndə biznes departamenti, “ABB-Premyer”x9d Müştəri xidmətlərində rəhbər müavini vəzifəsinədək yüksəlib. 2012-ci ilin iyun ayından “Bank Technique”x9d ASC-də çalışıb. xa0 xa0




































































































