İmişlidə avtomobil oğurlayan Abşeron sakini tutuldu

İmişlidə avtomobil oğurlayan Abşeron sakini tutuldu

Hazırda oxunan: İmişlidə avtomobil oğurlayan Abşeron sakini tutuldu

91849

İmişli Rayon Polis Şöbəsinə avqustun 29-da Qaragüvəndikli kəndi ərazisindən Abşeron rayon sakini T.Rəsulova məxsus “KİA” markalı  avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini S.Fərzəliyev avtomobillə birgə Binəqədi rayonu ərazisində müəyyən edilərək saxlanılıb.  

Araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO