Bu məktəblərin qəbul planı 100% doldu - SİYAHI

Bu məktəblərin qəbul planı 100% doldu - SİYAHI

Hazırda oxunan: Bu məktəblərin qəbul planı 100% doldu - SİYAHI

91563

Qəbul planı 100 faiz dolan ali təhsil müəssisələrinin adları açıqlanıb.

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, 6 ali məktəbdə bütün yerlər dolub. Bunlar Azərbaycan Tibb Universiteti, Dövlt İdarəçilik Akademiyası, "ADA" Universiteti, Azərbaycan Dövlət Dənizçilik Akademiyası, Bakı Ali Neft Məktəbi və Dövlət Gömrük Komitəsinin Akademiyasıdır.
Eyni zamanda subbakalavrların ən çox qəbul olduğu ali təhsil müəssisələri də açıqlanıb.

Bunlar Mingəçevir Dövlət Universiteti (475 nəfər), Bakı Biznes Universiteti (396 nəfər), Azərbaycan Texnologiya Universiteti (360 nəfər), Lənkəran Dövlət Universiteti (319 nəfər), Azərbaycan Dövlət Aqrar Universiteti (311 nəfər), Azərbaycan Dövlət İqtisad Universitetidir (310 nəfər).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO