Hərbi dənizçilərimiz beynəlxalq yarışda ən yüksək xal topladı - VİDEO 

Hərbi dənizçilərimiz beynəlxalq yarışda ən yüksək xal topladı - VİDEO 

Hazırda oxunan: Hərbi dənizçilərimiz beynəlxalq yarışda ən yüksək xal topladı - VİDEO 

90059

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilən "Dəniz kuboku" müsabiqəsinin iştirakçı komandaları “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” mərhələsinin "Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodunu yerinə yetiriblər. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib. 

Belə ki, çalışmanın şərtlərinə əsasən Azərbaycan, İran, Qazaxıstan və Rusiya hərbi dənizçiləri gəminin təhlükəsizliyinin təmin edilməsi, müxtəlif zədələrdən gələn suyun qarşısının alınması, həmçinin gəminin xilas olunması üzrə bacarıq və vərdişlərini nümayiş etdiriblər. 
Bu mərhələdə Azərbaycan HDQ-nin komandası 40 xal toplayaraq ən yüksək nəticə göstərib. Rusiya HDD-nin komandası 34 xalla, İran HDQ-nin komandası 32 xalla, Qazaxıstan HDQ-nin komandası isə 30 xalla mərhələni başa vurublar. 

Bizim.Media
 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO