Xaçmazdakı yanğından son məlumat – RƏSMİ 

Xaçmazdakı yanğından son məlumat – RƏSMİ 

Hazırda oxunan: Xaçmazdakı yanğından son məlumat – RƏSMİ 

89256

Ötən gündən başlayaraq Xaçmazda 30 hektar sahə yanıb. Onlardan 15 hektarı biçilmiş taxıl sahəsi, 15 hektarı isə meşə və kol-kos sahəsidir.

Xaçmaz FHK-nın sədri Anar Oruclunun Bizim.Media-ya məlumatına görə, Xudat şəhərinin 4-cü şöbə adlanan ərazisində yanğın biçilmiş taxıl zəmisindən keçib.

Hazırda həmin ərazidə Sumqayıtdan gəlmiş və Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin ümumilikdə 4 yanğınsöndürən avtomobili növbə çəkir.

Digər 2 avtomobil isə xırda yanğınlara cəlb edilib. İsti hava ilə müşahidə edilən külək güclənəcəyi təqdirdə yanğının yenidən başlayacağı istisna olunmur.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO