Bakının bu prospektində təmir işləri aparılır - VİDEO 

Bakının bu prospektində təmir işləri aparılır - VİDEO 

Hazırda oxunan: Bakının bu prospektində təmir işləri aparılır - VİDEO 

88712

Bakının Yasamal rayonunun Tbilisi prospektinin Bakıxanov küçəsindən Əbdülvahab Salamzadə küçəsinə qədər olan hissəsində təmir işləri aparılır.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, qeyd olunan hissənin uzunluğu 1600 metrdir.

Hazırda ərazidə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır. Ardınca küçəboyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.

Sözügedən işlər tam olaraq yekunlaşdıqdan sonra prospektdə hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılacaq.

İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO