İki qadını cinsi istismara məruz qoyan şəxs məhkəmə qarşısında

İki qadını cinsi istismara məruz qoyan şəxs məhkəmə qarşısında

Hazırda oxunan: İki qadını cinsi istismara məruz qoyan şəxs məhkəmə qarşısında

88369

Azərbaycanlı iki qadını ölkə hüdudların dan kənarda cinsi istismara məruz qoymaqda ittiham olunan Aləmzər Kazımovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 22-nə təyin olunub. 

Qeyd edək ki, A.Kazımova cinayət işi üzrə adı keçən hər iki qadını Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyduğu bildirilir. 

İstintaq orqanı tərəfindən A.Kazımovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsi ilə ittiham elan olunub. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO