Ağdərənin minalardan təmizlənməsinə başlanıldı

Ağdərənin minalardan təmizlənməsinə başlanıldı

Hazırda oxunan: Ağdərənin minalardan təmizlənməsinə başlanıldı

8836

Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağdakı mütəxəssisləri Ağdərə şəhərinin ətraf ərazilərinin minalardan təmizlənməsinə başlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 23 noyabr 2020-ci il tarixindən etibarən əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri təxminən 551 hektar ərazini, 205,3 km yolları, 783 yaşayış binasını, o cümlədən 25 sosial əhəmiyyətli obyektləri, 23,7 mindən çoxunu partlamamış hərbi sursatlardan və partlayıcı obyektlərdən təmizləyib.

Tapılan partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqonda çıxarılır və məhv edilir.

Evakuasiya edilə bilməyən sursatlar lazımi təhlükəsizlik tədbirləri ilə yerindəcə məhv edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO