Daşkəsəndə sel keçidləri apardı - Nəqliyyatın hərəkəti dayandı 

Daşkəsəndə sel keçidləri apardı - Nəqliyyatın hərəkəti dayandı 

Hazırda oxunan: Daşkəsəndə sel keçidləri apardı - Nəqliyyatın hərəkəti dayandı 

86981

Daşkəsən rayonunda güclü yağış fəsadlar törədib.

Bizim.Media xəbər verir ki, avqustun 3-də saat 21 radələrində Daşkəsən rayonu ərazisində dolu və güclü leysan yağışlarının yaratdığı sel suları yenidən rayonun Alaxançallı, Almalı və Yolqullar kəndlərində keçid körpülərə, yollara, yaşayış evlərinə, evlərin dam örtüklərinə, əhalinin əkin sahələrinə ciddi ziyan vurub.

Bu il iyunun 10-da da Daşkəsən rayonuna yağmış intensiv leysan yağışları nəticəsində güclü sel suları əsasən rayonun Çanaqçı, Zinzahal, Alaxançallı, Suqovuşan və Almalı kəndlərində yol, elektrik, rabitə təsərrüfatlarına, körpülərə, yaşayış evlərinə, evlərin dam örtüklərinə və vətəndaşların mal-qarasına ciddi ziyan vurub.

Apa.az-ın məlumatına görə, ziyanların aradan qaldırılması istiqamətində işlər Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən davam etdirilir.

Avqustun 3-də baş vermiş təbii fəlakət Alaxançallı kəndində dağılmış körpülərin yerində qurulan keçidləri tamamilə aparıb.

Bir çox ərazilərdə isə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən həmin yollarda nəqliyyatın hərəkəti tam dayanıb. İnsan itkisi və xəsarət alan yoxdur.

Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri hadisə yerinə gələrək sakinlərlə görüşüb.

İlkin lazımi köməkliyi göstərilib. Leysan yağışının vurduğu ziyanların aidiyyəti qurumlarla birgə aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO