Əhalinin 40 faizini əhatə edəcək qədər vaksin alınacaq.
Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov nə üçün əhalinin ən azı 60 faizi üçün vaksin sifariş edilməməsi ilə bağlı suala cavabında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycana 4 milyon doza vaksin gətiriləcək
"Vaksin vuran kimi insanı qorumur" - Yaqut Qarayeva
Ş. Mövsümov deyib ki, xəstələnib sağalan insanlara peyvənd vurulmur, çünki onlarda artıq immunitet var. "Növbəti aylarda da yoluxanlar, sağalanlar olacaq. Ona görə də hesab edirik ki, alınan vaksin bizə kifayət edəcək".
Bizim.Media