Həbs cəzası yüngülləşdirilən İCRA BAŞÇILARI – ARAŞDIRMA 

Həbs cəzası yüngülləşdirilən İCRA BAŞÇILARI – ARAŞDIRMA 

Hazırda oxunan: Həbs cəzası yüngülləşdirilən İCRA BAŞÇILARI – ARAŞDIRMA 

86796

2019-cu ildən ölkəmizdə genişmiqyaslı islahatlara start verilməsi bir sıra məmurların dəmir barmaqlıqlar arxasına məhkum etdi. Onların içərisində icra başçıları xüsusi yer tutur. Belə ki, 3 il müddət ərzində nə az, nə çox 8 icra başçısı kreslosu ilə birlikdə azadlığından da məhrum olub.
Lakin onlardan bəzilərinin cəzası sonradan müvafiq məhkəmə qərarı ilə nisbətən azaldılıb.

Bizim.Media cəzası yüngülləşdirilən icra başçılarını təqdim edir:

Qoca Səmədov  

Yevlaxın eks-icra başçısı Qoca Səmədov da saxlanılıb. Ötən ilin sentyabrında məhkəməsi yekunlaşan sabiq başçı barəsində 7 il 3 ay müddətinə həbs qərarı verilib. Bu ilin yanvar ayında isə Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Qoca Səmədovun cəzası 6 ilə endirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Haqqında ən çox narazılıq olan 5 icra başçısı kimdir? – ARAŞDIRMA


Qeyd edək ki, Q. Səmədov külli miqdarda mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilinib. Sabiq başçının özünə və yaxınlarına məxsus xeyli sayda ev, torpaq sahələri, obyektlər müsadirə olunub.

Ceyhun Cəfərov 

Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov və rayonun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla saxlanılıblar. 2021-ci ilin oktyabrında Ceyhun Cəfərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin 2022-ci il avqustun 2-də Şirvan Apelliyasiya Məhkəməsində işə yenidən baxılıb və C. Cəfərovun cəzası 6 ilə qədər endirilib.

İsmayıl Vəliyev 

Əməliyyatın davamı kimi 2020-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti Neftçalaya üz tutub. İcra başçısı İsmayıl Vəliyevlə birgə birinci müavini Vurğun Əkbərov və bir neçə şöbə müdiri də dəmir barmaqlıqlar arxasına yollanıb. Ötən ilin oktyabrında İsmayıl Vəliyevin cinayət işi üzrə də məhkəmə prosesi başa çatıb. Hökmə əsasən, sabiq başçı 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun da xeyli əmlakı müsadirə olunub. Bu ilin mayında isə İsmayıl Vəliyevin cəzası 4 ay azaldılıb.

Hal-hazırda həyatınlarını cəzaçəkmə müsəssisələrində davam etdirən icra başçılarınn cəza müddəti isə bu cürdür:

Vilyam Hacıyev – İmişlinin sabiq icra başçısı 12 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda onun 5 milyon 344 min manatlıq əmlakı da müsadirə edilib.

Mahir Quliyev – Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı 11 il müddətinə həbs cəzasına məhkum edilib. Məhkəmə onun Bakıdakı 1 milyon manatlıq 2 mənzilini və 62 min manatlıq “Audi” markalı avtomobilini müsadirə edib.

Namiq Zeynalov – Cəlilabadın sabiq başçısı da bu il iyulun 8-də 12 il azadlıqdan məhrum edilib. Namiq Zeynalovun da bazar dəyəri 2 milyona yaxın qiymətləndirilən əmlakı müsadirə olunub.

Alimpaşa Məmmədov – Şəmkir İH-nin keçmiş başçısı ötən ilin aprelində DTX-nın xüsusi əməliyyatı ilə saxlanılıb. Məhkəmə işi davam edən sabiq məmurun həbs müddəti bu ilin mayında 5 ay müddətinə uzadılıb.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO