DİN-dən tələbənin polislər tərəfindən döyülməsi xəbərilə bağlı AÇIQLAMA

DİN-dən tələbənin polislər tərəfindən döyülməsi xəbərilə bağlı AÇIQLAMA

Hazırda oxunan: DİN-dən tələbənin polislər tərəfindən döyülməsi xəbərilə bağlı AÇIQLAMA

77417

Daxili İşlər Nazirliyi (DİN) 17 yaşlı tələbənin polislər tərəfindən döyülməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun məlumatında bildirilir ki, mayın 31-də səhər saatlarında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları şəhər ərazisində xidmət apararkən Sosial və Aqrar-Texnoloji Kollecin qarşısındakı piyada keçidinin üzərində dayanaraq söhbət edən həmin kollecin tələbələri F.Xinqalov və 17 yaşlı Z.Z.-nin (ad, soy adı şərti) nəqliyyat vasitələri və piyadaların sərbəst hərəkətinə maneə yaratdıqlarını müşahidə ediblər.

Məlumatda bildirilir ki, polis əməkdaşları bununla bağlı həmin şəxslərə irad bildirərək onları nizam-intizama dəvət edib:

Onlar isə polis əməkdaşları ilə mübahisə edib, həmçinin Z.Z nümayişkaranə şəkildə polis əməkdaşlarına tabesizlik nümayiş etdirib.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilən hər iki şəxs barəsində İnzibati Xətala Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsinə əsasən inzibati protokol tərtib edilib və onlar sərbəst buraxılıblar.

Z.Z-nin döyülməsi ilə bağlı səsləndirilən iddialara gəldikdə isə qeyd edirik ki, həmin şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq və ya digər qanunsuz hərəkətə yol verilməyib. Həmin iddianın heç bir əsası yoxdur".

Qeyd edək ki, sosial şəbəkələrdə 17 yaşlı tələbənin mayın 31-i səhər saatlarında oxuduğu kollecin qarşısında iki polis əməkdaşı tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparıldığı, daha sonra orada döyülməsi ilə bağlı məlumat yayılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO