"Şahdağ"a 33 sm qar yağdı

Hazırda oxunan: "Şahdağ"a 33 sm qar yağdı

76109

Qusarda da müşahidə edilən intensiv yağışlar rayon ərazisindəki çaylarda sululuğu artırıb. 

Qusar FHK-nın sədri, icra başçısının 1-ci müavini Şahid Fərəməzov bununla bağlı Bizim.Media-ya açıqlama verib.

“Bir neçə gündür yağan güclü yağışlar nəinki iri çaylarda, hətta quru çay kimi tanınan kiçik çaylarda da suyu artırıb, deyərdik ki, əvvəlki günlərlə müqayisədə 10-15 dəfə suyun həcmi artıb. Amma xoşbəxtlikdən hər hansı fəsad qeydə alınmayıb.
Qusarın dağlıq ərazilərinə isə qar düşüb. Ləzə kəndində qarın hündürlüyü 25 sm-dən çox olub. Şahdağ turizm mərkəzində isə qarın hündürlüyü 33 sm təşkil edib” – deyə Fərəməzov qeyd edib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO