Azərbaycanda məktəbli bıçaqlandı

Azərbaycanda məktəbli bıçaqlandı

Hazırda oxunan: Azərbaycanda məktəbli bıçaqlandı

69167

Siyəzən rayonunda məktəbli bıçaqlanıb. 

Bizim.Media xəbər verir ki, hadisə şəhərin C.Cabbarlı adına 1 saylı tam orta məktəbində qeydə alınıb.

Belə ki, IX sinif şagirdi M.X. (ad, soy adı şərti) mübahisə zəminində X sinif şagirdi F.T.-yə (ad, soy adı şərti) bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb və əməliyyat edilib. 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, M.X. Siyəzən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.  

Bu gün M.X. Siyəzən Rayon Məhkəməsinin qarşısına çıxarılır. Məhkəmənin onun barəsində qərar verəcəyi gözlənilir.

Hadisənin səbəbləri araşdırılır. (Report) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO