Bakıda tapança satmaq istəyən şəxs həbs edildi - FOTO/VİDEO

Bakıda tapança satmaq istəyən şəxs həbs edildi - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda tapança satmaq istəyən şəxs həbs edildi - FOTO/VİDEO

66693

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, idarəyə paytaxt sakini əvvəllər məhkum edilmiş Tərlan Səfərovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda 2 nəfərdən silah-sursat götürüldü 


Həmin şəxs əməliyyat nəticəsində tutularaq Polis İdarəsinə gətirilib.

Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Makarov” markalı atəş üçün yararlı tapança, həmin silaha məxsus daraq və 8 ədəd patron aşkar edilərək götürülüb. Tərlan Səfərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.

Bizim.Media
 


​​​​​​​

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO