BDU-nun “Brend tələbə”ləri mükafatlandırılıb - FOTOLAR

BDU-nun “Brend tələbə”ləri mükafatlandırılıb - FOTOLAR

Hazırda oxunan: BDU-nun “Brend tələbə”ləri mükafatlandırılıb - FOTOLAR
640494
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir. 
 
Moderator.az xəbər verir ki, bu gün AzEdu.az və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə BDU-da təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb. 
 
Modern Media Qrupunun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elşad Eyvazlı qalib tələbələri təbrik edib, onara təhsil həyatlarında uğurlar arzulayıb. Qeyd edib ki, AzEdu təhsil portalı tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını gələcək tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə” siyahısını tərtib edib. Siyahıya BDU-dan da 10 tələbə daxil edilib. 
 
İnteraktiv formada keçən görüşdə tələbələr layihə ilə bağlı fikirlərini və təkliflərini bölüşüblər. 
 
Daha sonra onlara sertifikatlar təqdim olunub. 
 
BDU-da "Brend tələbə" adına layiq görülmüş gənclər aşağıdakılardır:
 
Rəhimli Nigar Nəriman qızı – Hüquq fakültəsi, III kurs
 
Quliyev Vüqar Əli oğlu – Mexanika-riyaziyyat fakültəsi, III kurs
 
Mustafayev Hacıbaba Rövşən oğlu – Jurnalistika fakültəsi, magistr, II kurs
 
Novruzova Samirə Rəhman qızı – Geologiya fakültəsi, IV kurs
 
Bayramov İmran Azər oğlu – Coğrafiya fakültəsi, IV kurs
 
Kərimov Qara İlkin oğlu – Tarix fakültəsi, magistr, I kurs
 
Babayeva Fatimə İftixar qızı – Fizika fakültəsi, I kurs
 
Əlipənahova Rəhiməxanım Ceyhun qızı – Filologiya fakültəsi, III kurs
 
Abbas Nihad Xanlar oğlu – Beynəlxalq münasibətlət və iqtisadiyyat fakültəsi, IV kurs
 
Qədirli Əli Qədir oğlu – Kimya fakültəsi, IV kurs.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO