Qarabağda Bilik Günü: 179 şagird ilk dəfə məktəbə qədəm qoydu - FOTO

Qarabağda Bilik Günü: 179 şagird ilk dəfə məktəbə qədəm qoydu - FOTO

Hazırda oxunan: Qarabağda Bilik Günü: 179 şagird ilk dəfə məktəbə qədəm qoydu - FOTO
636711
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

15 sentyabr – Bilik Günü münasibətilə Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında yerləşən ümumtəhsil məktəblərində tədbirlər keçirilib.

Bizim.Media xəbər verir ki, bu il sözügedən ərazilərdə 179 şagird birinci sinfə başlayıb.

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə 110, Kərkicahan qəsəbəsindəki 1 nömrəli tam orta məktəbdə isə 14 şagird ilk dəfə məktəbə qədəm qoyub.

Xocalı şəhər 1 nömrəli tam orta məktəbində 11, Ballıca kənd tam orta məktəbində isə 11 şagird birinci sinfə qəbul olunub.

Ağdərənin Suqovuşan kəndində 14, Vənglidə 4, Həsənriz kəndində isə 15 şagird yeni dərs ilinə birinci sinifdən başlayıb.
 

Bilik Günü çərçivəsində Qarabağ Universitetində də yeni tədris ilinin açılışı qeyd olunub. Universitetin rektoru Şahin Bayramov bildirib ki, hazırda ali təhsil müəssisəsində 3 330-dan çox tələbə təhsil alır.


Tədbirdə çıxış edən Prezidentin Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarındakı xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Qarabağ Universitetinin regionun gələcək inkişafında mühüm rol oynayacağını vurğulayıb.

Universitetə yüksək balla qəbul olunan tələbələrdən 684 bal toplayan Selcan Qarayeva isə tibb ixtisasını seçdiyini və gələcəkdə həkim olmaq arzusunda olduğunu bildirib.

Qarabağda Bilik Günü: 179 şagird ilk dəfə məktəbə qədəm qoydu - FOTO - foto 1
Qarabağda Bilik Günü: 179 şagird ilk dəfə məktəbə qədəm qoydu - FOTO - foto 2
Qarabağda Bilik Günü: 179 şagird ilk dəfə məktəbə qədəm qoydu - FOTO - foto 3
Qarabağda Bilik Günü: 179 şagird ilk dəfə məktəbə qədəm qoydu - FOTO - foto 4
Qarabağda Bilik Günü: 179 şagird ilk dəfə məktəbə qədəm qoydu - FOTO - foto 5
Qarabağda Bilik Günü: 179 şagird ilk dəfə məktəbə qədəm qoydu - FOTO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO