Region üzrə ən yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu - FOTO/VİDEO

Region üzrə ən yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu - FOTO/VİDEO

Hazırda oxunan: Region üzrə ən yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu - FOTO/VİDEO

634946

Bu il buraxılış imtahanında maksimum 300 bal toplayan Qusar rayonunun Yuxarı Zeyxur kənd tam orta məktəbinin məzunu Emilya Qayıbova Bakı Ali Neft Məktəbini seçib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən ümumilikdə 689,4 bal toplayan Emilya Qayıbova ali məktəbdə data analitikası ixtisası üzrə təhsil alacaq.
 

Dövlət İmtahan Mərkəzi qəbul nəticələrini açıqladıqdan sonra Emilya Qayıbova anası Gülnar Qayıbova və ailənin yaxın qohumu ilə birlikdə Bakı Ali Neft Məktəbində olub. Universitetin rektoru Elmar Qasımov yeni tələbəni təbrik edərək ona təhsil həyatında uğurlar arzulayıb.


Rektor həmçinin Emilya və onu müşayiət edən şəxsləri ali təhsil müəssisəsində yaradılan şəraitlə tanış edib.

Yüksək nəticə göstərən Qusar məktəblisi Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbəri Coşqun Əliyev tərəfindən də təbrik olunub. O, Emilya Qayıbovaya orta məktəbi bitirərkən layiq görüldüyü “Qızıl nişan”ı təqdim edib.

Emilya Qayıbova qazandığı uğurlar və qarşıdakı təhsil həyatı barədə videogörüntü vasitəsilə Bizim.Media-ya danışıb.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO