Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli əmək müqaviləsi ilə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Belə ki, 28–31 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1467 namizəd uğur qazanaraq müddətli əmək müqaviləsi ilə çalışmaq imkanı əldə edib.
Müddətli əmək müqaviləsi ilə vakansiya seçimində uğur qazanan namizədlər 10 sentyabr saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Təqdim edilməli sənədlər:
* şəxsiyyəti təsdiq edən sənədin surəti;
* ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti;
* əmək kitabçasının əsli (olduğu təqdirdə);
* 3x4 formatında 4 ədəd fotoşəkil;
* sağlamlıq haqqında arayış;
* kadrlar uçotunun şəxsi vərəqəsi;
* şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış.
Nəzərinizə çatdırırıq ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:40 / 04.09.2026
Müddətli müqavilə ilə iş imkanı qazanan 1467 müəllimin adı MƏLUM OLDU
Hazırda oxunan: Müddətli müqavilə ilə iş imkanı qazanan 1467 müəllimin adı MƏLUM OLDU
Hazırda oxunan: Müddətli müqavilə ilə iş imkanı qazanan 1467 müəllimin adı MƏLUM OLDU
634869
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































