80 milyon manatlıq evi Röya alıb?

80 milyon manatlıq evi Röya alıb?

Hazırda oxunan: 80 milyon manatlıq evi Röya alıb?

634903

Xalq artisti Röya Ayxanın 80 milyon manatlıq mənzil alması ilə bağlı iddialara aydınlıq gətirilib.

Bizim.Media xəbər verir ki, müğənninin prodüsseri Kənan Bayramov “qaynarinfo.az”a açıqlamasında həmin mənzilin Röyaya aid olmadığını bildirib:

"Boş söhbətlərdir, belə məlumatlara inanmayın. Röyanın belə bir evi oldu və onu heç kəs bilmədi, ancaq rəy yazanlar bildi? Röyanın bir evi var, onu da hamı görüb. Yolun kənarında yerləşir, hər gün çəkiliş edir, bütün respublika evin hər küncünü görüb. Röyanın belə evi olsaydı, elə orada yaşayardı".

Kənan Bayramov 80 milyonluq evin başqa bir şəxsə aid olduğunu vurğulayıb.

Qeyd edək ki, mənzil eksperti Vüqar Əliyev Nazim Qasımzadənin "Uzun sözün qısası" podcastına müsahibəsində Bakıda 80 milyon manata ev satıldığını bildirib. İzləyicilər sözügedən mənzilin xalq artisti Röya Ayxana satıldığını bildirib. Amma bu iddialar hələ təsdiqlənməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO