Ev alarkən bu tələyə düşməyin: Eyni mənzillər arasında 60 min manatlıq fərqin səbəbi - VİDEO

Ev alarkən bu tələyə düşməyin: Eyni mənzillər arasında 60 min manatlıq fərqin səbəbi - VİDEO

Hazırda oxunan: Ev alarkən bu tələyə düşməyin: Eyni mənzillər arasında 60 min manatlıq fərqin səbəbi - VİDEO

634894

Eyni küçə, eyni bina, eyni ölçü və hətta eyni səviyyədə təmir... Amma, qiymətlər arasında on minlərlə manat fərq var. 

Bizim.Media Xəzər TV-yə istinadla xəbər verir ki, Bakının mənzil bazarında son dövrlər daha aydın hiss olunan bu fərqin əsas səbəblərindən biri evin inşaatında istifadə edilən materiallar yox, sənədləridir.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, çıxarışı olan həm çoxmənzilli binalardakı mənzillər, həm də fərdi yaşayış evləri alıcı üçün daha etibarlı hesab olunur. Məhz buna görə də eyni xüsusiyyətlərə malik daşınmaz əmlak arasında 40-60 min manata qədər qiymət fərqi yarana bilir.
 

Vətəndaşlar kənardan daha sərfəli görünən müqaviləli mənzillərə də maraq göstərirlər, hansı ki bu da bəzi hallarda onlara baha başa gəlir. Çünki, alqı-satqı zamanı hüquqi vəziyyəti tam aydın olmayan əmlakla bağlı sonradan mülkiyyət hüququnun rəsmiləşdirilməsi, satış və digər hüquqi prosedurlarda çətinliklər yarana bilər.


Buna görə də mütəxəssislər mənzil alarkən aşağı qiymətin cazibəsinə aldanmamağı, ilk növbədə əmlakın hüquqi vəziyyətini araşdırmağı tövsiyə edirlər.

Daha ətraflı videosüjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO