Ukrayna Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu respublikanın Baş Prokurorluğunun ofisində axtarışlar həyata keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə adı çəkilən qurumların "Telegram" kanallarında məlumat yayılıb.
“Ukrayna Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu Ukrayna Baş Prokurorluğunun rəsmi şəxsinin rəhbərlik etdiyi, fırıldaqçı çağrı mərkəzləri şəbəkəsinə himayədarlıq edilməsi və əmlakın leqallaşdırılmasında əli olan cinayətkar qruplaşmanın ifşa olunması üzrə xüsusi əməliyyat keçirir", — deyə məlumatda bildirilib.
Əməliyyatın təfərrüatları hələlik açıqlanmır.
"Ukrayinska Pravda" nəşri xəbər verir ki, hazırda Baş Prokurorluğun ofisində axtarışlar davam edir. Jurnalistlərin məlumatına görə, kibercinayətkarlıq departamentinin rəhbəri Sergey Krapiva saxlanılıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:00 / 04.09.2026
Ukrayna Baş Prokurorluğunda axtarış aparılır – Saxlanılan var
Hazırda oxunan: Ukrayna Baş Prokurorluğunda axtarış aparılır – Saxlanılan var
Hazırda oxunan: Ukrayna Baş Prokurorluğunda axtarış aparılır – Saxlanılan var
634882
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































