Finlandiya ordusunu gücləndirir: Müdafiəyə 7 milyard avro ayırır

Finlandiya ordusunu gücləndirir: Müdafiəyə 7 milyard avro ayırır

Hazırda oxunan: Finlandiya ordusunu gücləndirir: Müdafiəyə 7 milyard avro ayırır

634889

Finlandiya 2027-ci ildə müdafiə sahəsinə 7 milyard avro vəsait ayırmağı planlaşdırır ki, bu da ölkə ÜDM-nin (Ümumi Daxili Məhsul) 2,6%-ni təşkil edəcək. 
 

Bizim.Media xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin rəsmi saytında yer alan məlumatda bildirilir:

"2027-ci ildə müdafiə xərcləri ÜDM-nin 2,6%-ni təşkil edəcək".

Sənəddə qeyd olunub ki, Müdafiə Nazirliyinin 2027-ci il üçün büdcə layihəsi 7 milyard avro həcmində nəzərdə tutulub ki, bu da 2026-cı ilin büdcəsi ilə müqayisədə 600 milyon avro çoxdur.

Qurumun məlumatına görə, vəsaitlərin təxminən 1,8 milyard avrosunun müdafiə materiallarının satınalınmasına, 1,4 milyard avrosunun çoxməqsədli qırıcı təyyarələrə yönəldilməsi planlaşdırılır, daha 2,7 milyard avro isə nazirliyin əməliyyat xərclərinə sərf olunacaq.

Büdcədən Ukraynaya hərbi yardım üçün təxminən 200 milyon avro vəsait ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO