Azərbaycanda sığorta olunanların uçotu ilə bağlı YENİ QAYDA

Azərbaycanda sığorta olunanların uçotu ilə bağlı YENİ QAYDA

Hazırda oxunan: Azərbaycanda sığorta olunanların uçotu ilə bağlı YENİ QAYDA

629192

Nazirlər Kabineti "Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu Qaydası"nı təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, sığortalının sığortaçıda qeydə alınan uçot məlumatları aşağıdakılardır:

- sığortalının adı;

- vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və verilmə tarixi;

- sığortalının hüquqi, faktiki ünvanı və əlaqə nömrəsi;

- sığortalıya münasibətdə icbari sığortanın təmin edilməsinin Fond tərəfindən həyata keçirilməsinə başlandığı tarix;

- sığortalının yenidən təşkili və ləğv edilməsi tarixləri barədə məlumat;

- sığorta haqları üzrə büdcə ilinin əvvəlinə hesablanmış, ödənilmiş və qalıq (olduğu halda) məbləğlər;

- artıq ödənilmiş sığorta haqqı;

- sığortalının yenidən təşkil olunması nəticəsində hüquqi varis kimi müəyyən edilmiş yeni sığortalıya (sığortalılara) transfer olunan ödənilmiş sığorta haqlarının məbləği barədə məlumatlar;

- artıq ödənilmiş sığorta haqqının Fond tərəfindən qaytarılmış məbləği.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO