Peşə və kvalifikasiya standartları - Nədir və nə üçün lazımdır?

Peşə və kvalifikasiya standartları - Nədir və nə üçün lazımdır?

Hazırda oxunan: Peşə və kvalifikasiya standartları - Nədir və nə üçün lazımdır?

628198

Peşə və kvalifikasiya standartları işçinin müvafiq peşə və ixtisas üzrə yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur.

Bizim.Media xəbər verir ki, bu standartlar əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.
 

Dövlət orqanları və təşkilatlar, hüquqi və fiziki şəxslər, eləcə də xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri əmək bazarının tələblərinə uyğun olaraq müvafiq standartın hazırlanması və ya yenidən hazırlanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilər.


Müvafiq qaydada hazırlanmış standart Nazirliyin Kollegiyasında təsdiq olunduqdan sonra qüvvəyə minir və Peşə və Kvalifikasiya Standartlarının Reyestrinə yerləşdirilir.

Cari ilin I yarımilində əmək bazarında prioritet peşələr üzrə daha 138 peşə və kvalifikasiya standartı təsdiq edilərək Reyestrə daxil edilib. Bununla da Reyestrdə mövcud olan standartların sayı 1700-ə çatıb.

Qeyd edək ki, cari ildə 166 peşə üzrə 332 peşə və kvalifikasiya standartının hazırlanması və yenilənməsi ilə bağlı işlər aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO