Salyanda itkin düşən çobanın anası təfərrüatı AÇIQLADI: Heyvanlar Bakıda satışa çıxarılıb? - VİDEO

Salyanda itkin düşən çobanın anası təfərrüatı AÇIQLADI: Heyvanlar Bakıda satışa çıxarılıb? - VİDEO

Hazırda oxunan: Salyanda itkin düşən çobanın anası təfərrüatı AÇIQLADI: Heyvanlar Bakıda satışa çıxarılıb? - VİDEO
627135
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Salyan rayonunda 26 yaşlı çobanın qoyun-quzu ilə birlikdə yoxa çıxması ilə bağlı yeni təfərrüat üzə çıxıb.

Bizim.Media Baku TV-yə istinadla xəbər verir ki, itkin düşən şəxsin anası oğlu ilə sonuncu dəfə səhər saatlarında görüntülü danışdığını deyib:

"Onunla saat 10-a qalmış görüntülü danışdıq. Həmişəki kimi zarafatlaşdıq, güldük. Saat 2-yə qalmış telefonuna zəng çatırdı, interneti də açıq idi, amma cavab vermirdi. Adətən axşam saat 7-8 radələrində heyvanları gətirirdi. Zəng etdim, ancaq cavab vermədi.
 

Sonra heyvanların qarşısına çıxmaq üçün yol kənarı ilə getdim. Sürünün içində bir ulağımız da var. Gördüm ki, ulaqla it tək gəlir, heyvanlar isə yoxdur. Kollektorların kənarında oğlumu çağıraraq axtardım, amma səsimə cavab verən olmadı. Geri qayıdanda həyat yoldaşımla rastlaşdım.


Düşündük ki, bəlkə, kanalda və ya göldə çimərkən başına bir iş gəlib. Amma belə olsaydı, heyvanlar ətrafa dağılardı. Atası səhərə qədər onu axtardı. Oğlumla birlikdə 85 baş heyvan, iki it var idi. Heç kim onun harada olduğunu demədi. Axşam isə xəbər gəldi ki, heyvanlar Bakıya aparılıb və orada satışa çıxarılıb.

Heyvanları maşınla aparan şəxsi tapıb danışdırdıq, oğlumun şəklini göstərdik. O isə gördüyü şəxsin mənim oğlum olmadığını, başqa bir adam olduğunu dedi. Görənlərdən və məlumatı olanlardan bir valideyn kimi xahiş edirəm, balam barədə bizə xəbər versinlər".

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyənləşdirilməsi istiqamətində araşdırma və axtarış tədbirləri davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO