Rəhbərlik niyə evdən işləməyə İCAZƏ VERMİR?

Rəhbərlik niyə evdən işləməyə İCAZƏ VERMİR?

Hazırda oxunan: Rəhbərlik niyə evdən işləməyə İCAZƏ VERMİR?

627121

Mütəxəssislərin apardığı yeni araşdırma bəzi rəhbərlərin əməkdaşların işi məsafədən görə bilməsinə baxmayaraq onları mütləq ofisdən işləməyə məcbur etməsinin səbəblərini üzə çıxarıb.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki,  tədqiqatlar narsistik xüsusiyyətlərə malik, yəni özünü digərlərindən üstün görməyə və hakimiyyət hissinə daha çox meyilli rəhbərlərin məsafədən işləməyə daha çox qarşı çıxdığını üzə çıxardıb. Bunun əsas səbəbi isə uzaqdan işləmə modelinin onların nüfuz və hakimiyyət hissini zəiflətməsidir.
 

Mütəxəssislərin aparıcı şirkətlər arasında keçirdiyi araşdırma göstərib ki, əməkdaşları məcburi şəkildə tam ştat ofisə qaytaran şirkətlər nə maliyyə nəticələrində, nə də bazar dəyərində ciddi üstünlük əldə ediblər. Bunun əvəzində işçilərin məmnunluq səviyyəsində nəzərəçarpacaq azalma müşahidə olunub.


Araşdırmaçılar hesab edirlər ki, həm işəgötürənlərin, həm də əməkdaşların maraqlarını ən yaxşı şəkildə təmin edən model həftənin iki-üç gününü ofisdə, qalan günlərini isə evdən işləməyi nəzərdə tutan hibrid iş rejimidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO