Səbaildə illərdir yararsız olan yolun təmiri ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Səbaildə illərdir yararsız olan yolun təmiri ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Səbaildə illərdir yararsız olan yolun təmiri ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
627100
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Səbail rayonunun Arif İsmayılov küçəsində yaşayan sakinlər yolun uzun müddətdir yararsız vəziyyətdə olmasından şikayətlənirlər.

Bizim.Media xəbər verir ki, onlar Baku TV-nin qaynar xəttinə bildiriblər ki, bir neçə il əvvəl ərazidə kanalizasiya xəttində aparılan təmir işləri zamanı yol qazılıb.

Lakin işlər başa çatdıqdan sonra qazılan hissələr bərpa edilməyib.

"Bu illər ərzində tozun və palçığın qarşısını almaq üçün yola çınqıl və daş tökmüşük. Aidiyyəti qurumlara dəfələrlə müraciət etsək də, baxan yoxdur", - deyə sakinlərdən biri qeyd edib.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, son illər rayonun müxtəlif ünvanlarında 70 kilometrdən artıq yolun asfalt örtüyü bərpa edilib.

Qeyd olunub ki, 2026-cı ildə də yolların mərhələli şəkildə asfaltlanması davam etdirilir. Müraciətdə qeyd edilən Arif İsmayılov küçəsinin də nəzarətə götürüldüyü bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO