Harvard Universiteti və Avstraliyanın Kvinslend Universitetinin alimlərinin apardığı araşdırmaya görə, payızın sonu və qış aylarında (oktyabr, noyabr, dekabr) doğulan uşaqlar 7 yaşında keçirilən idrak testlərində yay aylarında doğulan həmyaşıdlarından cüzi üstün nəticələr göstəriblər.
Bizim.Media xəbər verir ki, təxminən 21 min uşağın iştirak etdiyi tədqiqatda alimlər bunun doğum ayından deyil, "nisbi yaş effekti" ilə əlaqəli olduğunu bildiriblər.
Belə ki, ilin son aylarında doğulan uşaqlar eyni sinifdəki bəzi həmyaşıdlarından 6–8 ay böyük olduqları üçün erkən yaşlarda dil, diqqət və öyrənmə bacarıqlarında müəyyən üstünlük əldə edə bilirlər.
Araşdırma müəllifləri vurğulayırlar ki, uşağın zəka və idrak inkişafında ailə mühiti, təhsil, qidalanma və genetik amillər doğum ayından daha mühüm rol oynayır. (metbuat.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:55 / 23.07.2026
Bu vaxtı doğulan uşaqlar daha ağıllı olur
Hazırda oxunan: Bu vaxtı doğulan uşaqlar daha ağıllı olur
Hazırda oxunan: Bu vaxtı doğulan uşaqlar daha ağıllı olur
627089
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































