İranın xarici işlər naziri Seyid Abbas Əraqçı ölkənin ali rəhbərinin həlak olmasından dərhal sonrakı ilk dəqiqələrdə yaşanan təfərrüatları ilk dəfə ictimaiyyətə açıqlayıb.
Bizim.Media xəbər verir ki, Əraqçi iranlı sənədli film rejissoru Cavad Moquyinin proqramında bu barədə danışıb.
Əraqçının sözlərinə görə, İran rəhbərliyində faciədən xeyli əvvəl ali rəhbərin qətlə yetirilməsi ehtimalına qarşı "110" şərti kod adı altında xüsusi fəaliyyət ssenarisi işlənib hazırlanmışdı.
"İclasda heç kim, məsələn, liderin həlak ola biləcəyindən danışmaq istəmirdi. Hətta bunu dilə gətirmək belə çətin idi. Buna görə də bizdə '110' kodu var idi və hər kəs bu kodun nə məna kəsb etdiyini yaxşı bilirdi", – deyə Əraqçı rəhbərliyin ən pis ssenariyə necə hazırlaşdığını izah edərkən bildirib.
Nazir həmçinin zərbə anında möcüzə nəticəsində sağ qaldığını deyib:
"Mən özüm dağıntılar altından çıxa bildim. Cənab Hicazidən soruşdum: 'Cənab buradadırmı?' O, 'bilmirəm' deyə cavab verdi. Binamız vurulmuşdu, lakin bizim olduğumuz yer tamamilə dağılmamışdı", – deyə Araqçı hücumdan dərhal sonra yaşanan xaos və qarışıqlığı təsvir edərkən bölüşüb.
Xatırladaq ki, Abbas Əraqçı İranın ali rəhbəri Müctəba Xamenei ilə yalnız "seçilmiş" şəxslərin görüşə bildiyini bəyan etmişdi.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:11 / 23.07.2026
Xameneinin öldüyü hücum zamanı Əraqçi də orada imiş - İlk dəfə həmin gecədən danışdı
Hazırda oxunan: Xameneinin öldüyü hücum zamanı Əraqçi də orada imiş - İlk dəfə həmin gecədən danışdı
Hazırda oxunan: Xameneinin öldüyü hücum zamanı Əraqçi də orada imiş - İlk dəfə həmin gecədən danışdı
626955
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































