Metrodan istifadə edənlərə ŞAD XƏBƏR – 27 stansiyada yeni cihazlar QURAŞDIRILACAQ – RƏSMİ

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR – 27 stansiyada yeni cihazlar QURAŞDIRILACAQ – RƏSMİ

Hazırda oxunan: Metrodan istifadə edənlərə ŞAD XƏBƏR – 27 stansiyada yeni cihazlar QURAŞDIRILACAQ – RƏSMİ

626844

Bakı metropoliteninin 27 stansiyası avtomatik xarici defibrilyatorlarla (AED) təmin olunacaq.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq “Bakı metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, Bakı metropoliteninin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir.

Qeyd edilib ki, 27 stansiyanın cihazla təminatı və digər müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, avtomatlaşdırılmış xarici defibrilyator (AED) qəfil ürək dayanması zamanı istifadə olunan, ürəyin ritmini analiz edərək ehtiyac olduqda elektrik şoku tətbiq edən portativ tibbi cihazdır. Cihaz ürəyin normal ritmini bərpa etməyə kömək edir. AED-lər təkcə tibb işçiləri üçün deyil, həm də qısa təlim keçmiş qeyri-tibbi şəxslərin istifadəsi üçün nəzərdə tutulub.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO