Laçında doğulmayanların Laçınla doğulan arzuları - VİDEO

Laçında doğulmayanların Laçınla doğulan arzuları - VİDEO

Hazırda oxunan: Laçında doğulmayanların Laçınla doğulan arzuları - VİDEO

620697
Məcburi köçkün ailələrdə böyüyən uşaqlar da işğaldan azad edilmiş doğma yurda qayıtmaq istəyirlər. Onların öz arzuları, xəyalları var: hələ üzünü görmədikləri, amma haqqında böyüklərin həsrət və sevgi ilə danışdıqları yerlərdə evlər tikəcək, orada yaşayacaq, işləyəcəklər.
 
Moderator.az xəbər verir ki, Laçın rayonunun Zabux və Sus kəndlərindən olan uşaqlar da onlardan biridir. Bu uşaqlar Bakıda müxtəlif müvəqqəti məskunlaşma obyektlərində ailələri ilə birgə məskunlaşıb. Onlar valideynlərindən eşitdikləri, xəyallarındakı Zabux və Susa qayıdışla bağlı səmimiyyətlə danışır. Onların Böyük Qayıdışdan öncəki arzuları Laçında çin olacaq və şirin bir xatirəyə çevriləcək. 
 
İşğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı Dövlət Komitəsinin hazırladığı videoçarxların qəhrəmanları tezliklə doğma yurda geri dönəcək həmvətənlərimizdir. Onların aralarında məktəblilər də var. Keçmiş məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirlər.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO